az | ru | en

26 oktyabr 2018
“Qara Qarayev birləşdirir: Azərbaycan və Rusiyanın muzeyləri və musiqi əlaqələri”


Bakıda VI Beynəlxalq Humanitar Forum çərçivəsində 26 oktyabr 2018-ci il tarixində Qara Qarayevin Ev Muzeyində bəstəkarın anadan olmasının 100 illiyinə Ev Muzeyinin açılışına həsr edilmiş “Qara Qarayev birləşdirir: Azərbaycan və Rusiyanın muzeyləri və musiqi əlaqələri” mövzusunda konfrans və dəyirmi masa keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Qara Qarayevin Ev Muzeyi tərəfindən Rusiya Milli Musiqi Muzeyi ilə birgə təşkil edilib.
Muzeylə tanışdıqdan sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Alla Bayramova konfransı açaraq, “Qara Qarayev: Tarix və muzey interpretasiyasının xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Rusiya Milli Musiqi Muzeyinin baş direktoru, Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Mixail Brızqalovun məruzəsi “Rusiya-Azərbaycan musiqi əlaqələri” mövzusuna həsr edilmişdi. Ölkələrimiz arasında musiqi əlaqələrinin tarixi üzərində ətraflı dayanan məruzəçi Rusiya Milli Musiqi Muzeyinin tarixi, onun fondları və klassik musiqinin populyarlaşdırılması üçün muzeydə aparılan işlər barədə məlumat vermişdir.
M.Brızqalov dahi Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgini təqdimatını etmişdir.
Sonra AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, “YOL” jurnalının baş redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Kazımovanın “Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitabının təqdimatı olmuşdur. Nəşrin müəllifi qeyd etmişdir ki, bəstəkarın həyat və yaradıcılığının qısa oçerki olan bu kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fikrət Əmirov adına İncəsənət məktəbinin direktoru Adilə Yusifovanın “Üzeyir Hacıbəylinin rektor vəzifəsində xələfi”, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadənin “Qara Qarayev Rusiya musiqişünaslığında”, bəstəkar, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın “Qara Qarayev və Azərbaycan musiqisi”, musiqişünas və jurnalist, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Raya Abbasovanın “Balet həyat kimi: məkan və zaman”, Bülbülün Xatirə Muzeyinin böyük elmi işçisi Adilə Məmmədovanın “Rus musiqi sənətinin Bülbülə təsiri”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin “Qara Qarayevin skripka ilə orkestr üçün konsertində XX əsrin musiqi tendensiyalarının uyğunlaşması” mövzularında məruzələri dinlənilmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.