az | ru | en

1 oktyabr 2018
Dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin Ev Muzeyi açılmışdır


Dahi Azərbaycan və XX əsrin görkəmli bəstəkarlarından biri olan Qara Qarayevin (1918-1982) Ev Muzeyi onun 100 illik yubileyi ilində açılmışdır. Muzeyin ekspozisiyasında Qara Əbülfəz oğlu Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları, məişət əşyaları təqdim olunmuşdur. Muzeyin kolleksiyasına 300-dən artıq material daxildir.
Muzey Bakı şəhərinin mərkəzində, Qara Qarayevin ailəsi ilə 1918-1946-cı illərdə yaşadığı Nizami, 49 ünvanında yerləşir. Burada onun ilk əsərləri yazılmışdır. Ümumiyyətlə, Qara Qarayevin yaradıcılıq irsi musiqi incəsənətinin demək olar ki, bütün janrlarını əhatə edir.
Qara Qarayevin Ev Muzeyi toplama, tədqiqat və maarif işi ilə məşğul olur. Burada müntəzəm olaraq kamera konsertləri və musiqili görüşlər keçirilir. Uşaqlara bacarıqlarını inkişaf etdirmək üçün interaktiv oyunlar təklif olunur.
Qara Qarayevin Ev Muzeyinin tərtibat-dizayn işlərini Partner Culture+Projects (Horst Campman) şirkəti həyata keçirtmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.