az | ru | en

20 avqust 2018
Maestro Niyazinin doğum günü


20 avqust 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyi və əməkdaşları görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin Niyazinin Fəxri Xiyabandakı məzarını və abidəsini ziyarət etmiş, əklillər qoymuşlar.
Daha sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində Maestronun anadan olmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, muzeyin şöbə müdiri Xanım Abdinova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov, Xalq artisti, bəstəkar Azər Dadaşov, Əməkdar artist, dirijor Eyyub Quliyev, İstanbul Opera Teatrının dirijoru, Əməkdar artist Turan Manafzadə Maestro Niyazinin parlaq yaradıcılıq yolu haqqında xatirələrini və ürək sözlərini tədbir iştirakçıları ilə ilə bölüşmüşlər.
Konsert proqramında Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas, vokalçı Sevinc İbrahimova, bəstəkar Azər Dadaşov, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü, gənc pianoçu Nəriman Əmiraslanov, Beynəlxalq Müsabiqələr laureatı Şirin Əmiraslanova, Turan Manafzadə, Humay Nəbiyeva, Cavid Əmiraslanovun ifalarında Niyazinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səslənmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.