az | ru | en

2 avqust 2018
2 avqust 2018-ci il Maestro Niyazinin anım günüdür.


2 avqust 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Həmin gün səhər Niyazinin Fəxri Xiyabandakı məzarı və paytaxtdakı heykəli ziyarət edilmiş, əklillər qoyulmuşdur. Daha sonra Niyazinin mənzil muzeyində anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Niyazinin mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin dünya musiqi tarixində tutuduğu yeri və verdiyi töhvələr haqqında məlumat verdi. Muzeyin elmi işçisi Əzirə Abdullayeva “Niyazi yaradıcılığında kinomusiqisi” mövzusunda çıxış etmişdir. Bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov Niyazi ilə bağlı xatirələrini bölüşmüşdür.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə, kinofilmlərdən fraqmentlərlə müşayiət olunmuşdur.
Tədbirdin bədii hissəsində vokalçı, musiqişünas Sevinc İbrahimova və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov Niyazinin “Arzu”, “Vətən nəğməsi”, Q.Qarayevin “Mən sizi sevirdim” Ə.Abbasovun “Qurban olduğum”, Ədilə Hüsenyzadənin “Məhəbbətlə doğulmuşam” və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Həmçinin, həmin gün muzeydə “Açıq qapı” günü təşkil olunmuşdur.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.