az | ru | en

4 iyul 2018
“Məhəbbətlə doğulmuşam” konserti


4 iyul 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti - 100” silsiləsindən “Məhəbbətlə doğulmuşam” konserti keçirilmişdir.
Niyazi mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmiş, qonaqları salamlamışdır.
Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, London Musiqi Akademiyasının LRSM lisenziyasını qazanmış solisti, Respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və vokalçı, musiqişünas Sevinc İbrahimova görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, gənc bəstəkar, Beynəlxalq Müsabiqələr laureatı Xədicə Zeynalovanın vətənpərvərlik ruhlu əsərlərindən ibarət proqramla çıxış etmişlər.
Sonda Sevinc İbrahimova Azərbaycan bayrağına və Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi müəllif mahnılarını ifa etmişdir.
Bütün ifalar proqram üzrə slayd-şou ilə müşayiət olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.