az | ru | en

2 iyul 2018
Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş sərgi açılıb


Rusiya Milli Musiqi Muzeyində dahi Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycan Xalq Artisti, Lenin mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əsrin hüdudlarını aşan sənətkar” adlı sərgi açılıb.
Sərgi Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi və Heydər Əliyev Fondunun iştirakı ilə təşkil edilib.
Sərginin hazırlanmasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi iştirak etmiş, muzeyin zəngin kolleksiyalarından Qara Qarayevə məxsus materiallar nümayiş olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çoxillik əməkdaşlığa, Azərbaycan incəsənətinə və musiqisinə göstərilən xüsusi diqqətə görə Rusiya Milli Musiqi Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.