az | ru | en

6 iyun 2018
Lütfiyar İmanov - 90


6 iyun 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Muzeyin şöbə müdiri Xanım Abdinova Lütfiyar İmanovun həyat və yaradıcılıq yolu haqqında danışmışdır.
Tədbirdə Lütfiyar İmanovun sənət dostu Xalq artisti Canəli Əkbərov, tələbəsi, Əməkdar artist Bəsti Sevdiyeva və oğlu Rauf İmanov Lütfiyar İmanov haqqında xatirələrini, ürək sözlərini tamaşaçılarla bölüşmüşlər. Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri. Əməkdar artistlər İlahə Əfəndiyeva, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Beynəlxalq müsabiqələr laureatı Nərgiz Ağayevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuş, Lütfiyar İmanovun ifaları olan videokadrlar nümayiş olunmuşdur.
Muzeyin arxiv materialları əsasında hazırlanmış Lütfiyar İmanovun həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi nümayiş olunmuşdur.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.