az | ru | en

24 may 2018
“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş konsert


24 may 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbi ilə birgə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş konsert keçirilmişdir.
Giriş sözü ilə Tofiq Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin direktoru, əməkdar müəllim Gülnarə Səfərova çıxış etmişdir. Musiqişünas Raya Abbasova kollektivin repertuarı və uğurları haqqında məlumat vermişdir.
Konsertdə məktəbin xor kollektivi (xormeystr və bədii rəhbər Nigar Talıbova, konsertmeystr Sevinc Babayeva) Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqramla çıxış etmişdir.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova balaca fidanları uğurlu çıxışlarına görə təbrik etmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.