az | ru | en

24 may 2018
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi


24 may 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbi ilə birgə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Qurbanova açmışdır. Muzeyin şöbə müdiri Xanım Abdinova “Azərbaycan Xalq Cumhuriyyəti dövründə mədəni həyat” mövzusunda çıxış etmişdir. Sonra Rafiq Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Sonda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova gənc istedadları təbrik etmiş, muzeyin yeni nəşri olan “Qara Qarayev. dram tamaşalarına musiqidən fraqmentlər” not məcmuəsini məktəbin direktoru Əmirhüseyn Hüseynova hədiyyə etmişdir.
Tədbirin qonaqları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş, muzeyin zəngin materialları əsasında hazırlanmış “Şəxsiyyətlər musiqi tarixində” adlı sərgi ilə tanış olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.