az | ru | en

20 may 2018
MUZEYDƏ RƏQSLƏR


Azərbaycanda Beynəlxalq muzeylər gününün bayram edilməsinin yekun akkordu!
Azərbaycan muzeyləri tarixində ilk dəfə olaraq Azərbaycan Musiqi Mədəniyyəti Dövlər Muzeyi tərəfindən təşkil olunan rəqs axşamı uğurla baş tutmuşdur!
Axşamda çoxsaylı rəqs vurğunları, musiqi və rəqs həvəskarları iştirak edirdi. Proqramda müxtəlif rəqslər: Azərbaycan xalq rəqsləri, vals, salsa, tanqo və başqaları təqdim olunmuşdur. Ustad dərsləri keçirilmiş və tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair mühazirələr oxunmuşdur. Bütün iştirakçılara sonsuz təşəkkürlər!
Muzeyin direktoru Alla Bayramovaya Misir mədəniyyət mərkəzinin direktoru tərəfindən Misirin Ali təhsil nazirliyinin diplomu təqdim olunmuşdur.
Axşamın qonaqları və iştirakçıları Badi Kubə, İN -Tango Baku, TanGo ON, E.L. CLUB de TANGO, Bakı Xoreoqrafiya Akademiyası, həmçinin Azərbaycanın xalq artistləri Roza Cəlilova, Cəmilə Bayramova, Kamila Hüseynova, əməkdar mədəniyyət işçisi Maira Almaszadə, “Andrey Krupin və Bakı tandemi” qrupu, Alagöz Salahova, xalq artisti Munis Şərifovun rəhbərliyi ilə muzeyin Qədim Musiqi Alətləri Ansamblı, Bakıdakı Argentina səfirliyinin konsulu Eduardo Kavalyero ailəsi ilə, Azərbaycanın Əməkdar heykəltəraşı Hüseyn Haqverdiyev və başqaları idilər.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.