az | ru | en

18 may
Beynəlxalq Muzeylər Günü


Hər il olduğu kimi, bu il də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 May -Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirlər keçirilir.
18 May 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində maestro Niyazinin adını daşıyan 22 nömrəli uşaq musiqi məktəbinin iştirakı ilə birgə tədbir-konsert keçirilmişdir.
Tədbirdən əvvəl məktəbin şagirdləri və müəllimlərinə ətraflı ekskursiya keçirilmişdir.
Muzeylər gününə həsr olunmuş tədbiri Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov açmış, bundan sonra da birgə əməkdaşlığa davam olunması arzusunu bildirmiş, muzeyin çap məhsullarını musiqi məktəbinə hədiyyə etmişdir.
Tədbir musiqi məktəbinin şagirdləri və müəllimlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam etmişdir.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.