az | ru | en

10 may
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi


10 may 2018-ci il tarixində Azərbaycan Musiqi Məddəniyyət Dövlət Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi Abdulla Şaiqin ev-muzeyi və Azərbaycan Milli Konservatoriyası ilə birgə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Abdulla Şaiqin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadə “Heydər Əliyev və musiqi incəsənəti”, elmi işçi Elminaz Məmmədli “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzularında çıxış etmişlər. Onların çıxışları mövzu üzrə slayd-şou ilə müşayiət olunmuşdur.
“Aytam” uşaqların mədəni-maarifləndirilməsi ictimai birliyinin üzvlərinin ifalarında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində muzeyin Qədim Musiqi Alətləri Ansamblının ifasında Əbdülqadir Marağayinin “Heydərnamə”əsəri, “Küçələrə su səpmişəm”, “Qaragilə” xalq mahnıları (bədii rəhbər: Xalq artisti Munis Şərifov, solistlər: Əməkdar artist: Nuriyyə Hüseynova), Azərbaycan Milli Konservatoriyasının tələbələrinin – Samir Mürşüdov (xanəndə), Rəhman Kərimov (tar), Davud Musayev (kamança), Səkinə İsmayılova (f-no), Şahmuraz Muradov (vokal) ifalarında Ələkbər Tağıyevin “Azərbaycan oğluyam”, Əlibaba Məmmədovun “Vətən yaxşıdır” və “Yaşa hələ” mahnıları, C.Cahangirovun “Alagöz” mahnısı, T.Quliyevin “Prelüd”ü ifa olunmuşdur.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.