az | ru | en

4 may
D’ACCARDO barokko musiqisi ansamblının konserti


4 may 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində D’ACCARDO barokko musiqisi ansamblının konserti keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, qeyd etmişdir ki, bu ay 10 yaşı tamam olan Musiqi Həvəskarları Klubunun 120-ci yubiley toplantısının qonağı unikal D’ACCARDO barokko musiqisi ansamblıdır.
Ansamblın bədii rəhbəri, Əməkdar artist İlahə Sadıqzadə çıxış edərək ansamblın yaranması tarixi və repertuarı haqqında klub üzvlərinə məlumat vermişdir. Konsertdə ansamblın təqdim etdiyi Avropa bəstəkarlarının renesans dövrü (XV- XVII əsr) barokko musiqisi böyük maraqla qarşılanmışdır.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.