az | ru | en

7 mart 2018
MUSİQİ. TƏSVİRİ SƏNƏT. BAHAR


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Muzeyin şöbə müdiri Xanım Abdinova Arif Hüseynovun həyat və yaradıcılığı haqqında danışmışdır. Xalq rəssamı Arif Hüseynov yaradıcılığı və gələcək planları haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür. Arif Hüseynovun musiqi, aşıqlar silsiləsi, bahar lövhələri, Məhsəti Gəncəvinin rübailəri və başqa işlərindən təşkil olunmuş slayd-şou muzeyin Qədim Musiqi Alətləri Ansamblının və ansamblın solistləri, Əməkdar artistlər Teyyub Aslanovun, Nuriyyə Hüseynovanın, Fəzilə Rəhimovanın (çəng), ifaçı artist İlkin Həsənovun (saz) ifalarında musiqi proqramı ilə müşayiət olunmuş, “Zamansız rənglər” sənədli filmindən video kadrlar nümayiş olunmuşdur. Tədbirdə kino tədqiqatçısı Aydın Kazımzadə, yazıçı-jurnalist Rafiq Hacıyev ürək sözləri ilə çıxış etdilər.








xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.