az | ru | en

26 fevral 2018
Xocalı soyqırımının 26-cı ildönümünü


26 fevral 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı qan yaddaşımızdır”, elmi işçi Əzirə Abdullayeva “Xocalı faciəsi bəstəkarların yaradıclığında” mövzusunda çıxış etmişlər. Bəstəkar Azad Zahidin “Xocalı yol gözləyir” rekviyem kompozisiyası nümayiş olunmuşdur.
Tədbirdə muzeydə istehsalat təcrübəsi keçən Qərbi Kaspi Universitetinin tələbələri iştirak etmişlər.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.