az | ru | en

16 fevral 2018
Elza İbrahimova - 80


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 16 fevral 2018-ci il tarixində Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz muzeyin şöbə müdiri Xanım Abdinovaya verilmişdir.
Tədbirdə Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov çıxış etmiş, bəstəkarın yubileyi münasibətilə nəşr olunan “Mahnılar” kitabını və diskini muzeyə hədiyyə etmişdir.
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri, Beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım Nicat, Rövşən Qəhrəmanov, Emin Əhədov (f-no), Nərmin Rzayeva (f-no), muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər, xalq artisti Munis Şərifov) artist-ifaçıları Nuriyyə Hüseynova, Teyyub Aslanov, Rasimə Seyidcahan, Ramin Hüseynov (akkordeon), Vasif Hüseynzadə (f-no) və başqa musiqiçilərin ifalarında Elza İbrahimovanın sevilən mahnılarından ibarət konsert proqramı təqdim edilmiş, videogörüntülər nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, bəstəkarın ailə üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.