az | ru | en

5 fevral 2018
Qara Qarayev - 100


5 fevral 2018-ci il tarixində saat 15:30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, pedaqoq, Azərbaycan EA-nın akademiki, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir. Sonra söz Azərbaycan respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya verilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova çıxış etmişlər.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Triosu, Azərbaycan Musiqili Teatrının solisti, əməkdar artist Nərgiz Kərimova, Bakı Musiqi Akademiyasının tələbəsi Mahir Tağızadə, BMA-nın müəllimi Dilarə Kərimova, Beynəlxalq Müsabiqələr laureatı Nərminə İsmayılova Əsmər Qəhrəmanova ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir.
Muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış “Qara Qarayev – 100” fotosərgisi və slayd-şou nümayiş olunmuşdur.
Tədbirin qonaqları Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının, musiqi məktəblərinin, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.