az | ru | en

25 yanvar 2018
Azərbaycan professional bəstəkarlıq məktəbi - 110


25 yanvar (köhnə stillə 12 yanvar) 2018-ci il tarixində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının - Azərbaycanda ilk bəstəkar əsərinin yarandığı günün 110 illiyi tamam olub. Həmin gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin yaradılmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.
Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova, bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva, Əhməd Ağdamskinin oğlu, professor Telman Ağdamski Azərbaycanda bəstəkarlıq məktəbinin 110 ildə keçdiyi inkişaf yolu və nailiyyətləri barədə çıxış etmişlər. Çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Xalq atristi Gülyaz Məmmədova, Əməkdar artistlər Səbuhi İbayev, Elxan Mansurov (tar), İlahə Əfəndiyeva, Nərgiz Ağayeva, Taleh Yahyayev, Azərbaycan Dövlət Musiqili Teatrının solistləri Atəş Qarayev, Fidan Babayeva, Səməd Xasıyev, Aydan Həsənova, Aysel Şahbazlı , Eleonora Mustafayeva, Əliməmməd Novruzov, Səidə Şərifəliyeva, Şaban Cəfərov, Əmrah Dadaşov, “Clarte” klarnet kvartetinin, Bakı Musiqi Akademiyasının tələbələri Beynəlxalq və Respublika Müsabiqələri laureatı Maqsud Musazadə (f-no), Mədinə Bağırova (f-no), Fidan Mirheydərzadənin (f-no) ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.