az | ru | en

8 yanvar 2018
Nəriman Məmmədov - 90


8 yanvar 2018-ci il tarixində saat 16:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Sonra Nəriman Məmmədovun qızı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kaminə Məmmədova, muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın yaradıcılıq yolu, musiqi mədəniyyətimizdəki xidmətləri haqqında çıxış etmişlər. Onların çıxışı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Nəriman Məmmədovun şəxsi arxivi əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Bəstəkar, Xalq artisti Tofiq Bakıxanov, Əməkdar incəsənət xadimi Ülviyə Hacıbəyova, bəstəkar, Xalq artisti Elnara Dadaşova, musiqişünas İmina Əliyeva, şair-dramaturq Ramiq Muxtar, müğənni Təranə Vəlizadə Nərinan Məmmədov haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyə Hacıbəyovanın (f-no), Əməkdar artistlər Tofa Babayeva (skripka), Səbinə İbrahimova (violonçel), Beynəlxalq Müsabiqələr laureatı Elnara Kibirlinskayanın (f-no) ifalarında Nəriman Məmmədovun əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuş, videokadrlar nümayiş olunmuşdur.
Muzeyin foyesində Nəriman Məmmədovun həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.







Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.