az | ru | en

16 dekabr 2017
Vaqif Mustafazadənin anım gününə həsr olunmuş tədbir


1979-cu ildə bir zamanın ən böyük musiqisi, görkəmli bəstəkar, pianoçu, caz-muğamın əsasını qoyan, Azərbaycanın Əməkdar artisti, Dövlət mukafatı laureatı Vaqif Mustafazadəni itirdik. Hər il Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filial olan Vaqif Mustafazadənin ev muzeyində dahi musiqiçinin anım günü keçirilir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış etmişdir. Sonra Vaqif Mustafazadənin ev muzeyinin müdiri Afaq Əliyeva çıxış edərək Vaqif Mustafazadənin caz əsərlərindən ibarət olan “Not kitabını” qonaqlara təqdim etdi. Vaqif Mustafazadənin dostu, müğənni-cazmen, Əməkdar incəsənət xadimi Cavan Zeynallı onun haqqında xatirələrini danışdı. Tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Respublikasının Xalq artisti Natəvan Şeyxova, Əməkdar incəsənət xadimləri Rafiq Seyidzadə, Cahangir Səlimxanov, Əməkdar artist Akif Süleymanbəylı və başqaları iştirak etmişlər.
Bakı Musiqi Akademiyasının tələbələri Vaqif Mustafazadənin “Mart”, “Bakı gecələri”, “Düşüncə” əsərlərini ifa etmişlər. Akademiyanın müəlimi Gülsüm Eldarova-Cəlilova Vaqifə həsr etdiyi əsərini ifa etmişdir. Tədbirdə “Lider” və “CBC” televiziya kanalları çəkiliş aparmışlar.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.