az | ru | en

15 dekabr 2017
“Kamança hazırlanması və ifaçılıq sənəti YUNESKO-nun siyahısında” tədbiri


15 dekabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Kamança hazırlanması və ifaçılıq sənəti YUNESKO-nun siyahısında” tədbiri keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra söz tədbirin aparıcısı, muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalovaya verilmişdir. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Milli Konservatoriyanın professoru Abbasqulu Nəcəfzadə, Azərbaycan Musiqi Alətlərinin Təkmilləşdirilməsi və Bərpası Elmi-Tədqiqat Laboratoriyasının müdiri Məmmədəli Məmmədov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının Qədim Musiqi Alətlərinin Bərpası və Təkmilləşdirilməsi Elmi Laboratoriyasının müdiri, professor Maya Qafarova çıxış etmişlər.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist Elşən Mənsurov, AMK-nın tələbələri, Milli Kamera Ansamblı (bədii rəhbər və dirijor, Bakı Musiqi Kollecinin müəllimi Arzu Səlimova), muğam üçlüyü (Hüseyn Məlikov, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev), muzeyin Qədim Musiqi Alətləri Ansamblının (bədii rəhbər, Xalq artisti, AMK-nın dosenti Munis Şərifov), Əməkdar artist Teyyub Aslanov, Beynəlxalq Müsabiqə laureatı Şəhriyar Musayev və başqa musiqiçilərin ifalarında konsert proqramı təqdim edilmişdir.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.