az | ru | en

6 dekabr 2017
“Müslüm Maqomayev xatirələrdə” tədbiri


6 dekabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev xatirələrdə” tədbiri keçirilmişdir.
Giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə etdiyi “Müslüm Maqomayev-75” fotosərgisi nümayiş olunmuşdur.
Muzeyin şöbə müdiri Xanım Abdinova dünyaşöhrətli müğənni, bəstəkar, pianoçu, rəssam və aktyor Müslüm Maqomayevin keçdiyi sənət yolu haqqında çıxış etmişdir. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri, Respublika və Beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə, Hidayət Əliyev, BMA-nın konsertmeysterləri Dilarə Kərimova, Liliya İmanova, Azərbaycan Dövlət Musiqili Teatrının solisti Türkel Tarıqpeyma, Fidan Babayevanın ifalarında konsert proqramı təqdim olunmuş, Müslüm Maqomayev haqqında çəkilən sənədli filmlərdən fraqmentlər nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.