az | ru | en

26 oktyabr 2017
"Musiqinin Məcnunu" filminin təqdimatı



26 oktyabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı və bərpaçısı, görkəmli alim, Xalq artisti, professor Məcnun Kərimin xatirəsinə həsr olunmuş "Musiqinin Məcnunu" filminin təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova çıxış etmişdir.
“Musiqinin Məcnunu” sənədli filminin təqdimatından sonra Məcnunə Kərimin fəaliyyəti, musiqimizin təbliği sahəsindəki xidmətləri haqqında filologiya üzrə fəlsəfə doktoru, Həsən bəy Zərdabi mükafatı laureatı, yazıçı-publisist Şövkət Hüseynova, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış etmişlər.
Tədbirdə Məcnun Kərimin yaradıcısı və bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqi proqramı təqdim olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.