az | ru | en

5 iyul 2017
Fuad Axundov ilə görüş



5 iyul 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı tarixinin tədqiqatçısı Fuad Axundov ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Bu görüş muzeyin açdığı “Köhnə Bakının noktürnləri” rubrikasından silsilə tədbirlərin birincisi idi. Fuad Axundov Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində bu görüşün keçirilməsindən məmnun olduğunu bildirmiş, muzeyin zəngin kolleksiyaları ilə tanışlıq onda böyük heyranlıq doğurduğunu xüsusi qeyd etmişdir. Tədqiqatçı XX əsrdə Bakının mədəni ənənələrindən, ilk azərbaycanlı qadın pianoçulardan biri Xədicə Qayıbova, ilk professional Azərbaycan qadın müğənnisi Şövkət Məmmədova haqqında maraqlı faktlarla çıxış etmişdir. Həmçinin F.Axundov köhnə Bakının tarixindən, görkəmli şəxsiyyətlərindən danışmışdır. O, tədbir iştirakçılarının suallarını ətraflı cavablandırmışdır. Mövzu ilə bağlı slayd-şou nümayiş olunmuşdur. Tədbirdə Maqsud Musazadənin ifasında K.Çerninin noktürnü səslənmişdir.
Tədbirin qonaqları muzeyin Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.