az | ru | en

18 may 2017
"İnteryerdə Musiqi və Həqiqət"



18 may 2017-ci il tarixində saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "İnteryerdə Musiqi və Həqiqət" adlı sərgi və konsert keçirilmişdir.
Sərgidə XX əsrin interyerini əks etdirən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə yanaşı Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlının Ev Muzeyi, Abdulla Şaiqinin Ev Muzeyinin eksponatları nümayiş olunmuşdur. Bu eksponatların bəziləri ilk dəfə təqdim olunmuşdur. Həmçinin represiyaya məruz qalmış Azərbaycan mədəniyyətinin bir çox xadimləri - ilk azərbaycanlı pianoçulardan biri Xədicə Qayıbova (1893-1938), Azərbaycan bəstəkarı, şairi və folklorçu Ərtoğrul Cavid (1919-1943) Azərbaycan cazının görkəmli nümayəndəsi, saksofon ifaçısı Pərviz Rüstəmbəyov (1922-1949) və bu dövrün mənəvi-psixoloji təzyiqlərinə məruz qalmış Azərbaycan bəstəkarları haqqında məlumat verilmişdir, represiya qurbanlarının xatirəsi yad edilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, AMEA Tarix İnstitunun direktor müavini tarix elmləri üzrə fəlsəfə doktoru Cəbi Bəhmənov çıxış etmişlər.
"İçərişəhər" Tarix Muzeyinin baş elmi işçisi Fidan Seyidova “Bilmək və unutmamaq” mövzusunda məruzə etmişdir. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin bir qrup əməkdaşını təşəkkürnamə ilə təltif etmişdir. Tədbir Bakı Musiqi Akademiyasının professoru Leyla Məmmədəliyeva və Bakı Musiqi Akademiyasının tələbələri: Trio - Renata Abubəkirova (skripka); Əsmər Kərimli (violonçel); Lalə Hüseynzadə (f-no), Rəşid Əliyev (skripka), Ülviyyə Kərimova (f-no), Sübhan Abbasov (tar), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı və ansamblın artist-ifaçısı Natiq Əliyevin ifalarında konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azədə Hüseynova, Nazirliyin Aparat rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov, İnvestisiya və əmlakın idarə edilməsi şöbəsinin müdiri Ruslan Abduləlimov, Bakı Musiqi Akademiyasının professor və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.