az | ru | en

12 may 2017
İslam dünyasının musiqi alətləri sərgisi



12 may 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş İslam dünyasının musiqi alətləri sərgisi ilə əlaqədar tədbir keçirilmişdir.
Sərgidə Azərbaycanın və İslam dünyasının musiqi mədəniyyətinə dair materiallar və musiqi alətləri nümayiş olunmuşdur. Tədbirdə giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Sonra Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, İraqın Azərbaycandakı səfirliyin nümayəndəsi Ola Mohsin çıxış etmişlər.
Tədbirdə İranın Buşehr şəhərinin “Şalu” ansamblının, muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının və Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Rəna Mehrəliyevanın ifalarında Azərbaycan, türk, kərkük, özbək, fars, əfqan, ərəb musiqisindən ibarət rəngarəng musiqi proqramı təqdim olunmuşdur. Video zalda Mərakeş, İndoneziya, İraq, Misir, Qətər, Türkiyə, Qırğızıstan musiqi alətlərinin ifaları olan videoçarx nümayiş olunmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.