az | ru | en

2 may 2017
Niyazi Kərimov - 90



2 may 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi ilə birgə faşizm üzərində qələbə günü ərəfəsində Azərbaycan respublikasının ilk peşəkar hərbi dirijoru, hərbi jurnalist, 1941-1945-ci il müharibəsinin veteranı Niyazi Kərimovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Niyazi Kərimovun muzey arxivləri ilə işləməsi, əməkdaşlığı, əməksevərliyi haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Müharibə veteranları və Beynəlmiləlçi hərbiçilər ictimai birliyinin sədri, qırmızı ulduz ordenli Azərbaycan Hərbi Tarixi Muzeyinin rəisi, polkovnik Əzizağa Qənizadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, Sərdar Fərəcov, Ü.Hacıbəyli adına BMA-nın professoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva, bəstəkar, sənətşünaslıq doktoru, professor Telman Hacıyev Niyazi Kərimov haqqında xoş xatirələri və ürək sözləri ilə çıxış etmişlər.
Tədbirdə çıxışlarla yanaşı F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdlərinin, Nəfəs və zərb alətləri orkestrinin, Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında rəngarəng musiqi proqramı təqdim olunmuşdur.
Sonda Niyazi Kərimovun qızı, bəstəkar, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Adilə Yusifova çıxış edərək tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.