az | ru | en

5 aprel 2017
Mstislav Rostropoviç - 90



5 aprel 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi görkəmli violonçel ifaçısı, pianoçu, dirijor, ictimai xadim, pedaqoq, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviçin (1927-2007) anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli violonçel ifaçısı M.L.Rostropoviçin yaradıcılıq yolundan, Azərbaycanla dostluq və mədəni əlaqələrindən danışmışdır. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdi Aliyə Salmanova (f-no), Bakı Xoreoqrafiya Akademiyasının magistri, Beynəlxalq müsabiqələr laureatı Səma Xəlilzadə (f-no), BMA-nın I kurs tələbəsi Rusalina Hüseynzadə (violonçel), BMA-nın konsertmeystri Tomris Hüseynovanın (f-no) ifalarında Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunmuşdur.
Tədbirdə "Nəhənglərin dostluğu" sənədli filmi nümayiş edilmişdir.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.