az | ru | en

24 fevral 2017
“Xocalısız 25 il” adlı tədbir


24 fevral 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Abdulla Şaiqin Mənzil Muzeyi ilə birlikdə muzeyin filialı olan Niyazinin mənzil muzeyində Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Xocalısız 25 il” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə çıxış etmişdir. Sonra Abdulla Şaiqin mənzil muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva “Xocalını unutmayaq”, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova “Xocalı faciəsi bəstəkarların yaradıcılığında” mövzularında məruzə etmişlər. Çıxışlar Xocalı soyqırımını əks etdirən slayd-şou ilə müşayiət olunmuşlar.
Tədbirdə “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyi üzvlərinin ifalarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Dəhşətli faciə”adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Bakı Musiqi Akademiyasının tələbələrinin - Beynəlxalq Müsabiqə laureatı Aytən İbrahimova, Respublika Müsabiqəsi laureatı Aysel Şahbazlı, Gülşən İbadova, Nərmin Qasımlı, Rəhimə Qurbanova, Beynəlxalq Müsabiqə laureatı Şərif Bağırov, Günel Rizvanova, Abdulla Şaiqin mənzil muzeyinin əməkdaşı Sevda Mahmudovanın ifasında musiqi proqramı ilə tədbir davam etmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.