az | ru | en

17 fevral 2017
"Fikrət Əmirovun musiqi dünyasi"


17 fevral 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbi ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun (1922-1984) anadan olmasının 95 illiyinə, musiqi məktəbinin 55 illiyinə həsr olunmuş "Fikrət Əmirovun musiqi dünyasi" adlı tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
F.Əmirov adına 6 ¹li Incəsənət Məktəbinin direktoru, bəstəkar,professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Adilə Yusifova çıxış edərək bu tədbirin F.Əmirovun anadan olmasının 95illiyinə, məktəbin yaradılmasının 55 illiyinə həsr olunmuş layihənin I pilləsi olduğunun və silsilə tədbirlərin davam edəcəyi haqqında məlumat vermişdir. Sonra Azərbaycan Respublikasının Xalq rəssamı Ağəli İbrahimov çıxış etmişdir.
Muzeyin I zalında F.Əmirov adına 6 ¹li 11 illik İncəsənət Məktəbinin şagirdlərinin "1001 gecə"nagılları əsasında işlədikləri rəsm sərgisi, "Gülüstani Bayatı-Şiraz" art-obyekti nümayiş olunmuşdur. Tədbir məktəbin "Odlar Yurdu" rəqs kollektivinin ifasında F.Əmirovun "1001 Gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə başlanmışdır.
Sonra digər zalda məktəbin Xalq-calğı alətləri orkestrinin F.Əmirovun "Şeyx Sənan"dram əsərinə yazdığı "Kor ərəbin mahnısı" ifası ilə tədbir davam etmişdir.
Musiqişünas Aytən Manafovanın çıxışından sonra məktəbin şagirdləri F.Əmirovun əsərlərindən ibarət konsert proqramını təqdim etmişlər.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış və görkəmli bəstəkarın milli mədəniyyətimizdəki xidmətlərini və zəngin yaradıcılıq irsini əks etdirən slayd-şou nümayiş olunmuş, fotosərgi təqdim olunmuşdur.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.