az | ru | en

18 yanvar 2017
“20 yanvar şəhidlərinə ithaf” tədbiri



18 yanvar 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunmuş “20 Yanvar şəhidlərinə ithaf” tədbiri keçirilmişdir.
Tədbirdə Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə, şöbə müdiri Xanım Abdinova “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda, elmi işçi Əzirə Abdullayeva “20 Yanvar faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış etmişlər.
Tədbirdə pianoçu Seyidxanım Babayevanın ifasında “Yanvar şəhidlərinin xatirəsinə ithaf” musiqi proqramı təqdim olunmuşdur.
“20 Yanvar şəhidləri” sənədli filminin nümayişindən sonra tədbir iştirakçıları qanlı yanvar hadisələri haqqında xatirələrini bölüşdülər.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.