az | ru | en

16 dekabr 2016
Vaqif Mustafazadənin anım günü


1979-cu ildə biz zamanın ən böyük musiqiçisi, görkəmli bəstəkar, pianoçu, Caz-muğamın əsasını qoyan, Azərbaycanın əməkdar artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafazadəni itirdik. Hər il Vaqif Mustafazadənin ev muzeyində dahi musiqiçinin anım günü keçirilir.
Giriş sözü ilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, əməkdar mədəniyyət xadimi, sənətşünaslıq elmləri doktoru Alla Bayramova çıxış etdi. Sonra muzeyin filialının direktoru Afaq Əliyeva Vaqif haqda xatirələrini danışdı. Tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri – Akif Süleymanbəyli, Cahangir Səlimxanov, Nigar Axundova, Tamilla Bağırova, Rafiq Seyidzadə, Natavan Şeyxova, Rza Bayramov və başqaları iştirak edirdilər.
Asəf Zeynallı adına musiqi məktəbinin tələbələri çıxış etdilər. Vaqif Mustafazadənin “Mart”, Əzizə Mustafazadənin “Bumeranq”, Ələkbər Tağıyevin “Bakı gecələri”əsərləri Vaqif Mustafazadənin aranjimanında ifa olundu. “Lider” və “CBS” telekompaniyaları tədbirin videoçəkilişini apardılar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.