az | ru | en

7 dekabr 2016
Azər Dadaşov – 70



7 dekabr 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatının laureatı, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşovun 70 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azər Dadaşovun ifasında ustadı, görkəmli bəstəkar Qara Qarayevin “Prelüd”-ü ilə başlamışdır.
Niyazi mənzil muzeyinin müdiri Rza Bayramov çıxış edərək tədbir iştirakçılarını salamlamış və yubilyarı təbrik etmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat vermişdir.
Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, bəstəkar Məmmədağa Umudov, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayeva yubilyara təbrik və ürək sözləri ilə çıxış etmişlər. Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirin bədii hissəsində müəllifin özünün, Bakı Musiqi Akademiyasının tələbələri, Beynəlxalq Müsabiqə Laureatları Nurlan Gəncəlinin (qoboy), Fuad Əlizadənin (f-no), Nəcəf Vəliyevin (truba), Bakı Musiqi Akademiyasının magistr-tələbəsi, Azərbaycan Dövlət Xor Kopellasının solisti Ərəstun Quliyevin (vokal), “Bənövşə” Uşaq Xorunun solisti Leyla İbrahimovanın (vokal) ifalarında Azər Dadaşovun əsərlərindən ibarət musiqi proqramı təqdim olunmuşdur.
Muzeyin foyesində Azər Dadaşovun yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.