az | ru | en

19 sentyabr 2016
Üzeyir Musiqi Günü


19 sentyabr 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Akademik Opera və Balet Teatrı və Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə Üzeyir Musiqi Günü münasibətilə tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar, musiqişünas- alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri haqqında çıxış etmişdir.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.
Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış etmişdir. Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının solisti, respublikada yeganə çəng ifaçısı Fəzilə Rəhimovanın Üzeyir Musiqi Günü ərəfəsində nəşr olunan “Çəng məktəbi” kitabının təqdimatı keçirilmişdir. Bu münasibətlə muzeyin direktoru Alla Bayramova, ansamblın solisti, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, qanun ifaçısı Təranə Əliyeva, Milli Konservatoriyanın yanında Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Elmi-tədqiqat Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov çıxış etmişlər. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktor müavini Aleksey Valentinoviç Konnov çıxış edərək, tədbir iştirakçılarını Üzeyir Musiqi Günü münasibətilə təbrik etmişdir.
Üzeyir Musiqi Günü münasibətilə tədbirin keçirildiyi zaman Alla Bayramova alınan şad xəbəri böyük sevinclə iştirakçılara çatdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən muzeyin Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Əməkdar artist Munis Şərifov Xalq artisti fəxri adına layiq görülmüşdür. Alla Bayramova Prezidentə mədəniyyətə göstərdiyi yüksək diqqət və qayğıya görə öz dərin təşəkkürünü bildirdi. Həmçinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür etdi.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Azərbaycan respublikasının Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist İlkin Əhmədov, Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Mansurov (tar), Əməkdar artist Mirnazim Əsədullayev (kamança), Beynəlxalq Müsabiqələr Laureatı Taleh Yahyayev (vokal), Nərgiz Ağayeva (f-no), Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının solistləri, Respublikanın Əməkdar artistləri Nuriyyə Hüseynova və Teyyub Aslanov, Bakı Musiqi Akademiyasının tələbələri, məzunları və müəllimləri - Aydan Həsənova (vokal), Aysel Şahbazlı (f-no), Zümrüd Davudova (vokal), Günel Rizvanova (f-no), Beynəlxalq Müsabiqələr Laureatı Aslan Əzimzadə (vokal), Ülviyyə Əliyeva (f-no), Günel Qurşunova (skripka), Fəridə Qafarlı (f-no), Aytikə Əliyeva (vokal), Fərhad Qarayusifli (f-no) ifalarında Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin və başqa Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin arxiv materialları əsasında hazırlanmış “Üzeyir Hacıbəyli - 131” adlı fotosərgi nümayiş edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.