az | ru | en

3 sentyabr 2016
"Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində"


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Azərbaycan Dillər Universitetində (ADU) "Böyük İpək yolu Çinin musiqi mədəniyyəti tarixində" mövzusunda seminarda iştirak edib. O, türk Asiyasının ənənəvi musiqi incəsənətinin İpək yolu üzərindəki ərazidə mədəni əlaqələrin genişlənməsində rolundan danışdı, həmçinin, təsviri incəsənət və ədəbiyyatda xalq musiqi alətlərinin yeri və rəhbərlik etdiyi muzeydəki Çin ənənəvi musiqi alətləri kolleksiyasının xüsusiyyətləri barədə məlumat verib.
Tədbirdə çıxış edən Çin Dili və Ədəbiyyatı Mərkəzinin direktoru, professor Rafiq Abbasov musiqi incəsənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı, tanınmış Azərbaycan müğənniləri və musiqiçilərinin Çinə qastrol səfərləri haqqında danışaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı imzalanmış, Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.