az | ru | en

3 avqust 2016
Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir


3 avqust 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışmışdır. Tədbirdə muzeyin arxiv materialları əsasında hazırlanmış, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş olunmuşdur. “Rast. Niyazi” sənədli filminin rejissoru Nonna Müzəffərovanın muzeyə hədiyyə etdiyi, kinoarxiv fonduna məxsus sənədli filmlərdən toplanmış tarixi kadrlardan ibarət videoçarx nümayiş olunmuşdur. Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının tələbəsi Fuad Əlizadə Niyazinin repertuarına daxil olan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış etmişdir. Tədbirin qonaqları musiqi ictimaiyyəti, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.




xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.