az | ru | en

20 iyul 2016
"Muzey/Musiqi/Multikulturalizm"


20 iyul 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Multikulturalizm ili çərçivəsində "Muzey/Musiqi/Multikulturalizm" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. O, "Multikulturalizm ili" çərçivəsində keçirilən növbəti tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 13-16 may 2016-cı il tarixində Moskvada keçirilən “İntermuzey-2016” Beynəlxalq festivalında və 3-9 iyul 2016-cı il tarixlərində İtaliyanın Milan şəhərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) Baş Assambleyasının “Muzey və mədəni landşaft” mövzusunda 24-cü Baş Konfransında iştirakı barədə çıxış etmişdir.
Daha sonra tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli rus bəstəkarı D.Şostakoviçin anadan olmasının 110-cu illiyi münasibəti ilə “D.Şostakoviç və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda çıxış etmişdir.
Çıxışlar tədbirlərdə təqdim olunan və muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sərgi materiallarının nümayişi ilə müşayiət olunmuşdur.
Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti Davud Abdullayev (tar), Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı Fuad Əlizadə (f-no) musiqi nömrələri ifa etmişlər. Həmçinin videogörüntülər təqdim olunmuşdur.
Tədbirin iştirakçıları musiqi ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.