az | ru | en

1 iyun 2016
Uşaqların Beynəlxalq Müdafiəsi Günü


1 iyun 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində R.Babayev adına 25 saylı 11 illik musiqi məktəbi ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Musiqili Fidanlar” adlı konsert keçirilmişdir.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova və R.Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin direktoru Əmirhüseyn Hüseynov çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etdilər.
Sonra tədbir iştirakçılarına məktəbin gənc və kiçik yaşlı istedadlı şagirdlərinin ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olundu.
Tədbirdə məktəbin məzunları olmuş- Bakı Musiqi Akademiyasının tələbəsi Gülnar Hacıyeva, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Sevinc Əliyeva, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbəsi Aysel Əmirəliyeva və məktəbin müəllimləri Ofeliya Fərzəliyeva (f-no), Dina İsakova (vokal) öz musiqi ifaları ilə uşaqları təbrik etdilər.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.