az | ru | en

19 may 2016
“Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması”


May ayının 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Milli Konservatoriyası ilə birgə “Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda elmi-praktik seminar keçirmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ramiz Quliyev, Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, musiqi alətləri üzrə mütəxəssis Məmmədəli Məmmədov, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Əhsən Rəhmanlı, Milli Konservatoriyanın dosenti Mübariz Əliyev çıxış etmiş və öz rəylərini bildirmişlər. Tədbirdə Munis Şərifov, Şəhriyar İmanov, Mərkəz Əliyev, Sahib Ağazadə, Rüfət Mustafayev, Şirzad Fətəliyev, Fəzilə Rəhimova təkmilləşmiş və yeni yaranan musiqi alətlərində ifa etmişlər. Zallarda Məmmədəli Məmmədovun təkmilləşmiş və yeni yaranan musiqi alətlərindən ibarət sərgi təqdim olunmuşdur.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.