az | ru | en

13-16 may 2016
“İntermuzey – 2016”


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 13-16 may 2016-cı il tarixlərində Moskvada “İntermuzey – 2016” Beynəlxalq muzeylər festivalında iştirak etmişdir. Festivalda muzeyin təqdim etdiyi ekspozisiyada Azərbaycan milli musiqi alətlərindən başqa, Azərbaycanın muğam, aşıq sənəti, tar ifaçılığı sənəti Yunesko tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin incisi elan edilməsini göstərən banner, “Qovorim o vas...” (“Sizdən danışırıq...”) adlı rollaplarda XX əsrdə başqa mədəniyyətlərlə, o cümlədən, Rusiya və digər MDB ölkələri ilə mədəni əlaqələri əks etdirən çoxlu muzey materialları nümayiş etdirilmişdir. Muzeyin Qədim Musiqi Alətləri Ansamblının üçlüyünün ifasında Azərbaycan musiqisi səslənmişdir. Onların ifasını stend ətrafına toplaşan tamaşaçılar heyranlıqla qarşılamışlar, Rəy kitabında öz təəssüratlarını bildiriblər. Həmçinin, ansambl Azərbaycan musiqi alətlərində Sergey Prokofyevin anadan olmasının 125 illiyi ilə əlaqədar bəstəkarın “Üç portağala məhəbbət” operasından Marşı ifa etmişlər.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə Rusiya Federasiyasının Mədəniyyət naziri V.R.Medinskinin imzası ilə “İntermuzey – 2016” festivalında iştirakçı diplomu təqdim edilmişdir.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.