az | ru | en

5 may 2016
Firəngiz Əlizadə ilə görüş


Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Sonra Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova Firəngiz Əlizadənin yaradıcılığından danışmışdır.
Tədbirdə Firəngiz Əlizadənin yaradıcılıq yolunu əks etdirən film və müəllifi olduğu violonçel və orkestr üçün “Mərsiyə” konsertinin videoyazısı nümayiş olunmuşdur.
Filmlərin nümayişindən sonra bəstəkar, Əməkdar incəsənət xadimi, professor Sevda İbrahimova, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, musiqişünas, professor İmruz Əfəndiyeva, musiqişünas-jurnalist Raya Abbasova, Əməkdar jurnalist Qalina Mikeladze, musiqişünas, Əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, AMMDM-nin direktoru Alla Bayramova, bəstəkar, Xalq artisti Elnara Dadaşova, bəstəkar və dirijor, Xalq artisti, professor Yaşar İmanov, bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva, Əməkdar artist Munis Şərifov, Milli Konservatoriyanın müəllimi, xanəndə Aqil Məlikov, musiqişünaslar Natavan Faiq qızı və Turan Məmmədəliyeva Firəngiz Əlizadənin yaradıcılığını və dinlədikləri Violonçel və orkestr üçün “Mərsiyə”konsertini yüksək qiymətləndirmiş, bəstəkara işlərində və yaradıcılığında uğurlar arzu etmişlər.
Sonda Firəngiz Əlizadə çıxış etmiş və tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.







xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.