az | ru | en

4 may 2016
S.S.Prokofyev - 125


4 may 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli rus bəstəkarı, pianoçu, dirijor Sergey Sergeyeviç Prokofyevin (1891-1953) anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova S.S.Prokofyevin həyat və yaradıcılığı haqqında, “Prokofyev və Azərbaycan” mövzusunda çıxış etmişdir.
Muzeyin arxiv materialları əsasında Azərbaycan səhnəsində və Azərbaycan musiqiçilərinin repertuarında S.Prokofyev yaradıcılığını əks etdirən materiallardan ibarət slayd-şou və videofraqmentlər təqdim olunmuşlar.
Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələsi, Beynəlxalq Müsabiqələr laureatı Fuad Əlizadə (f-no), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri: Beynəlxalq Müsabiqələr laureatı Osman Mustafazadə (violin), İnci Bədirli (f-no), G.Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Nəriman Əmiraslanov (f-no), Xırdalan musiqi məktəbinin şagirdi Şirin Əmiraslanova (f-no) ifalarında S.Prokofyevin əsərlərindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin nümayəndələri, BMA-nın və musiqi məktəblərinin müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.



Konsert proqramı

Sergey Prokofyev. “Romeo və Cülyetta”süitasından “Merkutio”.
İfa edir: BMA-nın tələbəsi, Beynəlxalq Müsabiqələr Laureatı Fuad Əlizadə (f-no).
Sergey Prokofyev. “Etüd”.
İfa edir: G.Şaroyev adına 35¹- li musiqi məktəbinin XI sinif şagirdi, Beynəlxalq Müsabiqələr laureatı Nəriman Əmiraslanov(f-no).
Sergey Prokofyev. “Tarantella”.
İfa edir: Xırdalan musiqi məktəbinin III sinif şagirdi Şirin Əmiraslanova (f-no).
Sergey Prokofyev “Üç portağala məhəbbət” operasından “Marş”.
İfa edir: Bülbül adına Orta İxtisas Musiqi məktəbinin 8-ci sinif şagirdi, Beynəlxalq Müsabiqələr Laureatı Osman Mustafazadə (violin).
Sergey Prokofyev. “Uşaq albomundan-Gəzinti”.
İfa edir: Bülbül adına Orta İxtisas Musiqi məktəbinin II sinif şagirdi İnci Bədirli (f-no).
Sergey Prokofyevin “Petya və canavar” Simfonik nağılından videofraqment.
Sergey Prokofyevin I konsertindən SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin ifasından videofraqment.
Sergey Prokofyevin II konsertindən Xalq artisti Murad Adıgözəlzadənin ifasından videofraqment.
Sergey Prokofyevin “Romeo və Cülyetta” baletindən “Cəngavərlərin rəqsi”səhnəsindən videofraqment.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.