az | ru | en

14 aprel 2016
Qəmbər Hüseynli - 100



14 aprel 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi
Alla Bayramova açmışdır.
Söz pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilova verilmişdir. O, Qəmbər Hüseynlinin yaradıcılığından, Azərbaycan musiqi tarixindəki xidmətlərindən danışıb, kitabını muzeyə hədiyyə etmişdir.
Sonra T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayının direktoru Bədayyə Ramazanova, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov, Qəmbər Hüseynlinin oğlu Nəsimi Hüseynli çıxış etmişlər.
Tədbirdə muzey materialları əsasında hazırlanmış foto-sərgi nümayiş olunmuş, slayd-şou və Qəmbər Hüseynli haqqında çəkilmiş “Qəlbin ay işığında” bioqrafik-sənədli filmindən fraqmentlər təqdim olunmuşdur.
Tədbirdə T.İsmayılov ad. Uşaq Yaradıcılıq Sarayının “Cücələrim” rəqs ansamblı, muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblı, Naxçıvan Muxtar
Respublikasının əməkdar artisti Ehtiram Hüseynov, Azərbaycan Respublikasının əməkdar artisti Teyyub Aslanov, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova, Bakı Musiqi Kollecinin 3-cü kurs tələbəsi Ağəmməd Tarıverdiyevin (tar) ifalarında Qəmbər Hüseynlinin mahnılarından ibarət konsert proqramı təqdim olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, bəstəkarın oğlu, Bəstəkarlar İttifaqının, BMA-nın nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.


Konsert proqramı

“Cücələrim”rəqsi.
İfa edir: T.İsmayılov ad. Uşaq Yaradıcılıq Sarayının “Cücələrim” rəqs ansamblı. Solist: Leyla Ramazanova
“Ay işığında”.
İfa edir: Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynova. Müşayiət edir: Qədim Musiqi Alətləri Dövlət Ansamblı
“Tel nazik”.
İfa edir: Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Ehtiram Hüseynov. Müşayiət edir: Ansambl
“İnsafsızsan sən yaman”.
İfa edir: Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova. Müşayiət edir: Ansambl
“Tellər oynasın”.
İfa edir: Azərbaycan Respublikasının əməkdar artisti Teyyub Aslanov. Müşayiət edir: Ansambl
“İlk məhəbbət”.
İfa edir: Bakı Musiqi Kollecinin 3-cü kurs tələbəsi Ağəmməd Tarıverdiyev (tar)





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.