az | ru | en

9 mart 2016
“Bahar təbrikləri” adlı tədbir


9 mart 2016-cı il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Bahar təbrikləri” adlı tədbir keçirilmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bülbül adına orta ixtisas musiqi məktəbi ilə birgə bahar bayramları münasibətilə təşkil olunan tədbirdə Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim edilmişdir.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin konsertmeystr ustalığı sinfinin müəllimi Ülviyyə Manafovanın şagirdlərinin müşayiəti ilə Respublikanın əməkdar artistləri Gülnaz İsmayılova (vokal), Nərgiz Kərimova (vokal), BMA-nın tələbəsi Orxan Cəlilov (vokal) və Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasova (skripka) çıxış etmişlər.

Konsert proqramı

Q.Qarayev. “Yeddi gözəl” baletindən vals.
İfa edir: Ümidə Abbasova (skripka). Müşayiət edir: 10-cu sinif şagirdi Rəşid Behbudov (f-no).
R.Ştolts. “Mavi vals”.
İfa edir: Nərgiz Kərimova (vokal). Müşayiət edir: 9-cu sinif şagirdi Aytən Nəsibova.
L.Delip. “Kapeliya”baletindən vals.
İfa edir: Nərgiz Kərimova (vokal). Müşayiət edir: 9-cu sinif şagirdi Aytən Nəsibova.
S.Lekok. “Qavot”.
İfa edirlər: Nərgiz Kərimova, Şeyda Ələsgərova (vokal). Müşayiət edir: 9-cu sinif şagirdi Nərminə İsmayılova.
İ.Frolov. “Vals-ekspromt”.
İfa edir: Ümidə Abbasova (skripka). Müşayiət edir: 9-cu sinif şagirdi Leyla Zeynalova.
R.Leonkovallo. “Sübh çağı”.
İfa edirlər: Nərgiz Kərimova (vokal), Ümidə Abbasova (skripka). Müşayiət edir: 10-cu sinif şagirdi Elarə Əliyeva.
X.M.Lakalye “Amapola”.
İfa edir: Nərgiz Kərimova (vokal). Müşayiət edir: 9-cu sinif şagirdi Nərminə İsmayılova.
İ.Kalman. “Şən dul qadın” operettasından duet.
İfa edirlər: Nərgiz Kərimova (vokal), Ümidə Abbasova (skripka), Orxan Cəlilov. Müşayiət edir: 9-cu sinif şagirdi Nərminə İsmayılova.
C.Puççini. “Bohema”operasından Müzettanın ariyası.
İfa edir: Gülnaz İsmayılova. Müşayiət edir: 10-cu sinif şagirdi Nigar Heydərli.
F.Kreysler. “Məhəbbət iztirabları”.
İfa edir: Ümidə Abbasova (skripka). Müşayiət edir:10-cu sinif şagirdi Nigar Heydərli.
L.Delip. “İspan nəğməsi”.
İfa edirlər: Nərgiz Kərimova, Gülnaz İsmayılova (vokal). Müşayiət edir: 11-ci sinif şagirdi Fatimə Əliyeva.
F.Kreysler. “Məhəbbət sevinci”.
İfa edir: Ümidə Abbasova (skripka). Müşayiət edir: 11-ci sinif şagirdi Nəzrin Abbaslı.
Ş.Quno. “Romeo və Cülyetta”operasından Cülyettanın valsı.
İfa edirlər: Gülnaz İsmayılova, Nərgiz Kərimova (vokal). Müşayiət edir: 9-cu sinif şagirdi Leyla Zeynalova.






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.