az | ru | en

2 mart 2016
Ruhəngiz Qasımova ilə görüş


2 mart 2016-cı il tarixində, saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Qadın, zəriflik, musiqi” adlı tədbir çərçivəsində görkəmli bəstəkar, dramaturq Ruhəngiz Qasımova ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Muzeyin şöbə müdiri Xanım Abdinova Ruhəngiz Qasımovanin yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat vermişdir.
Sonra Ruhəngiz Qasımova öz yaradıcılıq planlarından danışmış, tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Tədbirdə Ruhəngiz Qasımovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou nümayiş edilmiş, bəstəkarın mahnıları ifa olunmuş, müəllifi olduğu teletamaşalardan videofraqmentlər nümayiş olunmuşdur.
Tədbirdə Bakı Musiqi Akademiyasının Məktəb-studiyasının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov çıxış etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bəstəkarlar İttifaqının, BMA-nın, Bakı muzeylərinin əməkdaşları, klub üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.