az | ru | en

25 fevral 2016
Xocalıya ithaf



25 fevral 2016-cı il tarixində, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalıya ithaf” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı bəstəkarların yaradıcılığında” mövzusunda çıxış etmişdir.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin Nicat Feyziyev, Aysel Şabazlı, Təhminə Vəkilova, Güllü Babaşova, Nərmin Qasımlı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Beynəlxalq müsabiqə laureatları Canel Nəcəfli, Sona İsgəndərli, Ruslan Daşdamirov, Nərminə İsmayılova, Prezident təqaüdçüləri Çinarə Əzimova və Atabəy İsmayılov, Svetlana Əhmədova, Rəfiqə Quluzadə, Kara Aytac, Fəqan Həsənlinin ifalarında musiqi parçaları səslənmişdir. F.Əlizadənin “İntizar” operasından, V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından, fransız bastəkarı P.Tiluanın “Xocalı-613” musiqi əsərindən videoifalar nümayiş edilmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.
Tədbirin konsert proqramı

Nikola Paqanini. “Kantabile”.
İfa edir: BMA-nın tələbəsi Nicat Feyziyev (skripka). Müşayiət edir: Aysel Şahbazlı (f-no).
Cakomo Puççini. “Toska”operasından Toskanın ariyası.
İfa edir: BMA-nın tələbəsi Təhminə Vəkilova (vokal). Müşayiət edir: Aysel Şahbazlı (f-no).
Arif Məlikov. “Məhəbbət əfsanəsi” baletindən fraqment.
İfa edir: Bülbül ad. Orta İxtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Canel Nəcəfli (skripka). Müşayiət edir: Svetlana Əhmədova (f-no).
Azərbaycan xalq mahnısı “Kəklik”.
İfa edir: Bülbül ad. Orta İxtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli (vokal). Müşayiət edir: Rəfiqə Quluzadə (f-no).
Arif Məlikov. “Komdenin arzuları”.
İfa edir: Bülbül ad.Orta İxtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Ruslan Daşdəmirov (skripka). Müşayiət edir: Rəfiqə Quluzadə (f-no).
Asəf Zeynallı. “Muğamsayağı”.
İfa edir: Bülbül ad.Orta İxtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Ruslan Daşdəmirov (skripka). Müşayiət edir: Rəfiqə Quluzadə (f-no).
Frederik Şopen. “Noktürn”.
İfa edir: Bülbül ad.Orta İxtisas musiqi məktəbinin şagirdi, Beynəlxalq müsabiqələr laureatı Nərminə İsmayılova (f-no).
Azərbaycan xalq mahnısı “Laçın”.
İfa edir: Bülbül ad.Orta İxtisas musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Çinarə Əzimova (vokal). Müşayiət edir: Rəfiqə Quluzadə (f-no).
Vasif Adıgözəlov. “Qərənfil”.
İfa edirlər: Bülbül ad.Orta İxtisas musiqi məktəbinin şagirdləri, Prezident təqaüdçüləri Çinarə Əzimova (vokal) və Atabəy İsmayılov (tar). Müşayiət edir: Rəfiqə Quluzadə (f-no).
Fərhad Bədəlbəyli. “Ave Mariya”.
İfa edir: BMA-nın tələbəsi (vokal) Güllü Babaşova. Müşayiət edir: Nərmin Qasımlı (f-no).





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.