az | ru | en

3 fevral 2016
Ceyhun Hacıbəyli - 125


3 fevral 2016-cı il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qərb Universiteti ilə birlikdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.
Sonra Azərbaycan Respublikası Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Ceyhun Hacıbəyli irsinin tədqiqatçısı, Filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, AMEA Akademik Z.Bünyadov ad. Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqi şöbəsinin müdiri Səadət Qarabağlı, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Mirzəbala Əmrahov, S.Mumtaz ad. Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktor müavini Könül Nəsibova çıxış etmişlər. Tədbirdə Qərb Universitetinin professor-müəllim heyəti fəal iştirak etmişdir.
Tədbirdə Ceyhun Hacıbəyliyə həsr olunmuş, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou təqdim edilmiş, foto-sərgi nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fərid Əliyev, Elnur Zeynalov, Nigar Şabanova, Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Mansurov, Gülşən İbadova, Nərmin Qasımlı, BMA-nın tələbəsi Aysel Şahbazlının ifalarında Hacıbəyovlar nəslinin görkəmli mümayəndələri Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Niyazinin və Soltan Hacıbəyovun əsərlərindən ibarət musiqi nömrələri ifa olunmuşdur.

Bədii hissə

S. Hacıbəyov. “Adajio”.
İfa edir: Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no).
Ü.Hacıbəyli. “Koroğlu”operasından Koroğlunun ariyası.
İfa edir: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyev. Müşayiət edir: Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova.
Ü.Hacıbəyli. “Leyli və Məcnun”operasından səhnə.
İfa edirlər:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Elnur Zeynalov, Nigar Şabanova. Müşayiət edir: Azərbaycan Respublikasının Əməkdar artisti Elxan Mansurov.
Z.Hacıbəyov. “Aşıq Qərib”operasından uvertüra.
İfa edir: Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no).
Ü.Hacıbəyli. “Arşın mal alan”operettasından Gülçöhrənin ariyası.
İfa edir: Gülşən İbadova. Müşayiət edir: BMA-nın tələbəsi Aysel Şahbazlı.
Niyazi “Konsert valsı”.
İfa edir: Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova (f-no).






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi







UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.