az | ru | en

13 yanvar 2016
Klassik musiqi axşamı


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunda yeni 2016-cı ilin ilk tədbirini klassik musiqi aləminə səyahətlə başlayıb. Tədbir 13 yanvar 2015-ci il tarixində, saat 18:00-da muzeyin filialı olan Niyazinin mənzil muzeyində keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Tədbirdə 2015-ci ildə Klassik Musiqi Həvəskarları Klubunda keçirilmiş təbirlərin şəkillərindən ibarət slayd-şou nümayiş olunmuşdur. Sonra tədbir Dilarə Əliyeva, BMA-nın baş müəllimi İlahə Sadıxzadə, BMA-nın professoru Leyla Məmmədəliyeva, L.və M. Rostropoviçlər adına 21¹ li musiqi məktəbinin 11-ci sinif şagirdləri Əlövsət Bəşirzadə (skripka), Teymur Əliyev (skripka), Səfiyə Hüseynzahir (skripka), BMA-nın tələbələri Arzu Hüseynova (f-no), Arzu Əsgərli (f-no), Lalə Məhərrəmova (f-no), Günay Ağalarovanın (f-no) ifalarında Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, musiqi məktəblərinin müəllim və şagirdləri, Bakı muzeylərinin əməkdaşları, Klub üzvləri, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Konsert proqramı

Antonin Dvorjak. “Rusalka”operasından Rusalkanın ariyası (Mesiçki na nebi).
İfa edir: Dilarə Əliyeva. Müşayiət edir: BMA-nın baş müəllimi İlahə Sadıxzadə.
Pablo de Sarasate. “İntroduksiya və Tarantella”.
İfa edir: L.və M. Rostropoviçlər ad. 21¹ li musiqi məktəbinin 11-ci sinif şagirdi Əlövsət Bəşirzadə (skripka). Müşayiət edir: BMA-nın professoru Leyla Məmmədəliyeva.
İohan Sebastyan Bax. “Prelüd və fuqa”.
İfa edir: BMA-nın tələbəsi Arzu Hüseynova (f-no).
Sergey Prokofyev. “Romeo və Cülyetta”baletindən Cəngavərlərin rəqsi.
İfa edir: L.və M. Rostropoviçlər ad. 21¹ li musiqi məktəbinin 11-ci sinif şagirdi Teymur Əliyev (skripka). Müşayiət edir: BMA-nın professoru Leyla Məmmədəliyeva.
Fazil Say. “Türk marşı”.
Ferens List. “Rapsodiya ¹8”.
İfa edir: BMA-nın tələbəsi Arzu Əsgərli (f-no).
Arif Məlikov. “Noktürn”.
İfa edir: L.və M. Rostropoviçlər ad. 21¹ li musiqi məktəbinin 7-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Hüseynzahir Safiyə (skripka). Müşayiət edir: BMA-nın professoru Leyla Məmmədəliyeva.
F.List- F.Şubert. “Vals-Kapris”.
Feliks Mendelson. “Sözsüz mahnılar ¹ 21”(g-moll).
İfa edir: BMA-nın tələbəsi Lalə Məhərrəmova.
Qara Qarayev. “İstintaq davam edir”filmindən musiqi parçası.
İfa edir: BMA-nın tələbəsi Günay Ağalarova.





Tədbirlər








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi








UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.