az | ru | en

10 dekabr 2015
Ulu öndər və ümummilli lider Heydər Əliyevin anım günü


10 dekabr 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ulu öndər və ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Təranə Zeynalova ümummilli liderin həyat və fəaliyyəti haqqında çıxış etmişdir. Tədbirdə Türkiyə səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Murad Karaçanta, Krım-Sevastopol Dövlət Teleradiosunun “Azərbaycan - Qobustan” proqramının redaktoru Həbib Əliyev çıxış etmişlər. Çıxışlar H.Əliyevin həyat yolunu əks etdirən slayd-şou ilə müşayiət olunmuşlar.
Tədbir muzeyin Qədim Musiqi Alətləri Dövlət Ansamblının ifasında ümumilli liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə davam etmişdir.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, xarici ölkə səfirliklərinin nümayəndələri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.





xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.