az | ru | en

2 dekabr 2015
Rəşid Behbudov - 100


2 dekabr 2015-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində SSRİ xalq artisti, dövlət mükafatları laureatı, sosialist əməyi qəhrəmanı, məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həst olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abbdinova Rəşid Behbudovun parlaq həyat və yaradıcılıq yolu haqqında söhbət açmış, muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev, Kamil Vəzirov, xalq artisti Gülyanaq Məmmədova öz xatirələrini bölüşmüşlər.
Tədbirdə Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Tural Ağasıyev, Nərminə Nağıyeva, Azərbaycan Respublikasının xalq artisti Gülyanaq Məmmədova, Kamil Vəzirov, Pircan Həsənov, Pərviz Cavadov, BMA-nın tələbələri Güllü Babaşova, Nərmin Qasımlı, R.Behbudov ad.2 ¹ li musiqi məktəbinin şagirdləri Reyhan Abdulcəlilova, prezident təqaüdçüsü, respublika müsabiqəsi laureatı, Əli Məlikov (tar), Nail Qurbanov, Səid Babazadə, R.Behbudov ad.2 ¹ li musiqi məktəbinin Xalq-çalğı alətləri ansamblı (bədii rəhbər Kamil Hüseynov), Nigar Məmmədyarova Rəşid Behbudovun repertuarında olan mahnılardan ibarət konsert proqramı təqdim etmişlər, müğənninin ifaları olan videogörüntülər nümayiş olunmuşdur.
Qərb Universitetinin Dizayn kafedrasının təqdimatında sərgi nümayiş olunmuşdur.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, BMA-nın müəllim və tələbələri, Bakı muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları klubunun üzvləri, KİV nümayəndələri və b. olmuşlar.

Konsert proqramı

Ü.Hacıbəyli. “Arşın mal alan”operettasından Süleymanın ariyası
İfa edir: Azərbaycan Dövlət Opera və Balet teatrının solisti Tural Ağasıyev. Müşayiət edir: Nərminə Nağıyeva
C.Cahangirov. “Alagöz”
Azərbaycan xalq mahnısı “Qalalı”
İfa edir: Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova. Müşayiət edir: Kamil Vəzirov (qarmon), Pircan Həsənov (f-no), Pərviz Cavadov (nağara)
R.Behbudovun repertuarından italyan mahnısı
İfa edir: BMA-nın magistri Güllü Babaşova. Müşayiət edir: BMA-nın III kurs tələbəsi Nərmin Qasımlı
A.Bəbirov. “Prelüd-Skertso”
İfa edir: R.Behbudov ad. 2 ¹ li musiqi məktəbinin X sinif şagirdi Reyhan Abdulcəlilova (f-no)
V.Adıgözəlov. “Qərənfil”
İfa edir: R.Behbudov ad. 2 ¹ li musiqi məktəbinin XI sinif şagirdi Prezident təqaüdçüsü, Respublika müsabiqəsi laureatı Əli Məlikov (tar).
Eduardo di Kapua “O Sole Mia”
İfa edir: R.Behbudov ad. 2 ¹ li musiqi məktəbinin III sinif şagirdi Nail Qurbanov. Müşayiət edir: Nigar Məmmədyarova
M.Maqomayev. “Radio marşı”
İfa edir: R.Behbudov ad. 2 ¹ li musiqi məktəbinin Xalq-çalğı alətləri orkestrı.
R.Hacıyev “Azərbaycan”
İfa edir: R.Behbudov ad. 2 ¹ li musiqi məktəbinin Xalq-çalğı alətləri orkestrı. Solistlər: Nail Qurbanov, Səid Babazadə






xəbərlərə








Video
- Niyazinin mənzil-muzeyinin açılışı
- Azərbaycan Respublikasının
  Mədəniyyəti və Turizm Naziri
  Ə. M. Qarayevin çıxışı

- Qədim Musiqi Alətləri Ansamblının
  10 illik yubileyi










UNESCO-nun Moskvadakı bürosu
 
sayt “Digital Age” şirkəti tərəfindən hazırlanmışdır
« Digital Age »


Veb-sayt UNESCO-nun Moskvadakı bürosunun dəstəyi ilə yaradılmışdır

Bu veb-saytda yerləşdirilmiş məlumat və materiallar UNESCO-nun baxışını mütləq şəkildə əks etdirməyə bilər.
Təqdim olunmuş məlumata görə məsuliyyət müəlliflərin üzərinə düşür.